Bakı. Trend:
Bakıdakı Rusiya və İsrail səfirlikləri ikili vətəndaşlığı olan bloqer Aleksandr Lapşinlə görüş üçün Azərbaycan tərəfindən cavab gözləyir.
Trend-in məlumatına görə, bunu onun vəkili Eduard Çernin deyib.
Onun sözlərinə görə, məhkəmə prosesinin nə vaxt başlayacağı hələlik məlum deyil.
Bundan başqa, vəkil qeyd edib ki, A.Lapşinin həyat yoldaşı ilə görüşüb görüşməyəcəyi sual altındadır.
Qeyd edək ki, A.Lapşin ötən həftə fevralın 25-də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında anası ilə görüşmüşdü.