...

“5” alan şagirdlərin sayı artıb

Cəmiyyət Materials 8 Mart 2017 13:23 (UTC +04:00)
Son illər ərzində ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika əldə edilib.
“5” alan şagirdlərin sayı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

Son illər ərzində Azərbaycanın ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika əldə edilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda deyilir.

2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artıb, son 4 ildə imtahan nəticələri 17 faiz yüksəlib. “Əla” qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlib.

XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvəffəq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65 faiz olub. Bu siniflərdə hər üç fəndən “əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti