...

Qızıl mükafatçımız: Çox sevinirəm ki, qalib gəlməyi bacardım

Cəmiyyət Materials 13 May 2017 20:54 (UTC +04:00)
Bu yarışma doğma diyarımızda keçirildiyi üçün qalib gəlmək lazım idi və çox sevinirəm ki, bunu bacardım
Qızıl mükafatçımız: Çox sevinirəm ki, qalib gəlməyi bacardım

Bakı. Elçin Mehdiyev – Trend:

“Sevindirici haldır ki, IV Həmrəyliyi Oyunları ölkəmizdə keçirilir. Üzərimizdə böyük məsuliyyət var idi. Çox sevinirəm ki, qalib gəlməyi bacardım”. Trend-in məlumatına görə, bunu jurnalistərə IV İslam Həmrəyliyi Oyunlarının cüdo üzrə qızıl mükafatçısı Nicat Şıxəlizadə deyib.

O qeyd edib ki, qarşıda duran ən birinci məqsəd qalib olmaq idi: “Bu yarışma doğma diyarımızda keçirildiyi üçün qalib gəlmək lazım idi və çox sevinirəm ki, bunu bacardım”.

N.Şıxəlizadə Azərbaycan Prezidenti İlham Əliyevə qızıl medalı ona təqdim etdiyi üçün minnətdarlığını bildirib: “Çox sevinirəm ki, mükafatı mənə cənab Prezident təqdim etdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti