...

"Nissan" 7 minə yaxın avtomobili geri çağırıb

Cəmiyyət Materials 22 İyun 2017 22:04 (UTC +04:00)
"Nissan Manufacturing Rus" şirkəti Rusiyada 7 minə yaxın avtomobili geri çağırıb
"Nissan" 7 minə yaxın avtomobili geri çağırıb

Bakı. Trend:

"Nissan Manufacturing Rus" şirkəti Rusiyada 7 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş "Nissan Murano Z51" modellərinə şamil olunur.

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti