...

Ötən gün havanın temperaturunda rekord - 43 dərəcə

Cəmiyyət Materials 10 Avqust 2017 11:14 (UTC +04:00)
Avqustun 9-da müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Ötən gün havanın temperaturunda rekord - 43 dərəcə

Bakı. Trend:

Avqustun 9-da müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb ki, bu da 2015-ci il 2 avqustda müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub.

Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti