...

Təcili yardıma daxil olan çağırışların çoxu yol-nəqliyyat hadisələri ilə bağlıdır

Cəmiyyət Materials 18 Avqust 2017 11:31 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “113” dispetçer mərkəzinə 2017-ci ilin yanvar-iyul ayları ərzində ümumilikdə 609 cağırış daxil olub.
Təcili yardıma daxil olan çağırışların çoxu yol-nəqliyyat hadisələri ilə bağlıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “113” dispetçer mərkəzinə 2017-ci ilin yanvar-iyul ayları ərzində ümumilikdə 609 cağırış daxil olub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu cağırışlar 1045 pasienti əhatə edib, onlardan 782 nəfər hospitalizasiya olunub.

Cağırışlardan 509-u yol-nəqliyyat hadisələri, 84-ü terapevtik hallar, 7-si müxtəlif travmalarla əlaqədar olub.

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Konsultativ bölməsi üzrə 2017-ci ilin yanvar-iyul ayları ərzində ümumilikdə 871 çağırış həyata keçirilib.

Qeyd edilən müddət ərzində telesəhiyyə vasitəsilə 21 ixtisas üzrə məsləhətçi həkim tərəfindən 161 pasiyentə 216 məsləhət verib. Təhlil olunan müddət ərzində telesəhiyyə vəsitəsilə məsləhət verilmiş 161 pasiyentdən 59 xəstəyə Bakı şəhərinin xəastəxanalarına köçürülməsinə qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti