...

Almanı yuyarkən diqqət edin ki...

Cəmiyyət Materials 26 Oktyabr 2017 23:20 (UTC +04:00)
Almanı çirk və pestisidlərdən tam təmizləmək üçün 15 dəqiqəyə yaxın sodalı suda saxlamaq lazımdır
Almanı yuyarkən diqqət edin ki...

Bakı. Trend:

Sən demə, almanın xüsusi yuma üsulu var imiş. Belə ki, almanı çirk və pestisidlərdən tam təmizləmək üçün 15 dəqiqəyə yaxın sodalı suda saxlamaq lazımdır.

Trend-in məlumatına görə, ABŞ-ın pestisidlərin təhlili laboratoriyasının mütəxəssisləri bu qənaətə gəliblər.

Qeyd olunur ki, pestisidlərdən istifadə məhsuldarlığı artırsa da, bu dərmanın qalıqları almanın qabıqlarında qalır.

Bu səbəbdən mütəxəssislər almanı qabığını soymaqla və ya meyvəni sodalı suda saxladıqdan sonra yeməyi məsləhət görürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti