...

İstirahət gününün havası açıqlandı

Cəmiyyət Materials 11 Noyabr 2017 12:09 (UTC +04:00)
İstirahət gününün hava proqnozu açıqlanıb.
İstirahət gününün havası açıqlandı

Bakı. Trend:

İstirahət gününün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacağı bildirilib.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq, lakin günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti