Bakı. Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamenti (İRİD) tərəfindən üzən heyətin işə qəbulunda yeniliyin tətbiqinə başlanılıb.
QSC-dən Trend-ə verilən məlumata görə, bundan sonra namizədlərin nəzəri bilikləri işə qəbul prosesinin ilkin mərhələsində test imtahanı vasitəsi ilə yoxlanılacaq. Məqsəd prosesi təkmilləşdirmək və güclü kadr bazası yaratmaqdır.
“AXDG” QSC-nin rəsmi saytında 26 sentyabr 2017-ci il tarixində elan olunan “matros”, “motorçu” və “elektrik” vakansiyaları haqqında məlumatlar dənizçilik üzrə peşəkar karyerasını inkişaf etdirmək istəyənlər tərəfindən böyük maraqla qarşılanıb.
Vakansiyanın adı |
Ümumi müraciət sayı |
Uyğun iddaçı sayı |
Uyğun olmayan iddiaçı sayı |
Matros |
124 |
33 |
91 |
Motorçu |
74 |
18 |
56 |
Elektrik |
63 |
37 |
26 |
Yekun: |
261 |
88 |
173 |
İmtahan tam şəffaf qaydada baş tutub. İlk gündə imtahanda ümumilikdə 53 namizəd biliklərini sınayıb. İRİD, daxili auditdepartamentinin mütəxəssislərindən və kənar təşkilatların nümayəndələrindən ibarət heyət tərəfindən prosesə xüsusi nəzarət həyata keçirilib.
Namizədlərə 100 sualı cavablandırmaq üçün iki saat vaxt verilib. İddiaçılar imtahanın nəticələrini yerindəcə öyrəniblər. 80 və daha çox bal toplayanlar müsahibə mərhələsinə dəvət olunacaqlar.
Xatırladaq ki, AXDG-də işə qəbul olunmaq istəyən şəxslər şirkətin www.acsc.az korporativ veb-səhifəsinin “Karyera” bölməsinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar.