...

Bakıda əhalinin sayı açıqlandı - 2 258 400 nəfər

Cəmiyyət Materials 4 Dekabr 2017 17:24 (UTC +04:00)
Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktabr ayının 1-i vəziyyətinə 2 milyon 258,4 min nəfərə çatıb.
Bakıda əhalinin sayı açıqlandı - 2 258 400 nəfər

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktabr ayının 1-i vəziyyətinə 2 milyon 258,4 min nəfərə çatıb.

Trend-in məlumatına görə, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub.

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti