...

60-dan çox yaşı olan 6 nəfər dövlət qulluğuna qəbul üçün imtahan verib

Cəmiyyət Materials 18 Dekabr 2017 17:54 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün imtahan keçirilib.
60-dan çox yaşı olan 6 nəfər dövlət qulluğuna qəbul üçün imtahan verib

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün imtahan keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 990 nəfəri (32.6%) müvəffəqiyyət əldə edib.

Qeydiyyatdan keçən namizədlərin 1887 nəfəri kişi, 1153 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədləri 5 yaş intervalı üzrə kateqoriyalara bölsək, kişilər üzrə ən çox namizəd (740 nəfər - qeydiyyatdan keçənlərin təqribən 40%-i ) 25-29 yaş, qadınlar üzrə ən çox namizəd (482 nəfər - qeydiyyatdan keçənlərin təqribən 40%-i) isə 20-24 yaş intervalında olanlardır. 60-64 yaş intervalı üzrə qeydiyyatdan keçənlərin sayı 6 nəfərdir və hamısı kişilərdir. Qadınlardan isə 55-59 yaş intervalında olan 4 nəfər qeydiyyatdan keçib. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 50 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfəri imtahanı uğurla keçib.

Ümumilikdə isə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 527 nəfəri, yəni 44.3%-i 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş kateqoriyasına aid olan 307 kişi və 220 qadın uğur qazanıb. 25-29 yaş intervalında isə cəmi 380 nəfər lazım olan balı toplaya bilib. Göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 907 nəfəri, yəni təqribən 90%-i yaşı 29-a qədər olan gənclərdir. 30-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı cəmi 83 nəfərdir. Bu onu göstərir ki, gənclər dövlət qulluğunda çalışmağa daha meyillidirlər. Son illər bu sahədə həyata keçirilən tədbirlər və yaradılan imkanlar gənclərin dövlət qulluğuna daxil olmasını stimullaşdırır. Qeyd etmək lazımdır ki, dövlət orqanları tərəfindən müsabiqəyə inzibati icraçı vəzifələr üzrə (B növü) 1249 vakant vəzifə təqdim olunub və hazırda bu proses davam edir. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.

Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış olmaq mümkündür:

Ümumi məlumat

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)

20-24

1189

527

44.3

25-29

1157

380

32.8

30-34

419

65

15.5

35-39

146

13

9.0

40-44

54

2

3.7

45-49

30

2

6.7

50-54

24

1

4.2

55-59

15

0

0.0

60-64

6

0

0.0

Cəmi:

3040

990

32.6

Kişi və qadınlar üzrə məlumat

Cinsi

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)

Kişi

20-24

707

307

43.4

Kişi

25-29

740

219

29.6

Kişi

30-34

258

35

13.6

Kişi

35-39

93

6

6.5

Kişi

40-44

31

2

6.5

Kişi

45-49

21

0

0.0

Kişi

50-54

20

1

5.0

Kişi

55-59

11

0

0.0

Kişi

60-64

6

0

0.0

Kişilər üzrə cəmi:

1887

570

30.2

Qadın

20-24

482

220

45.6

Qadın

25-29

417

161

38.6

Qadın

30-34

161

30

18.6

Qadın

35-39

53

7

13.2

Qadın

40-44

23

0

0.0

Qadın

45-49

9

2

22.2

Qadın

50-54

4

0

0.0

Qadın

55-59

4

0

0.0

Qadınlar üzrə cəmi:

1153

420

36.4

Yekun:

3040

990

32.6

Məqalədə:
Xəbər lenti

Xəbər lenti