...

"Nissan" daha 106 mindən çox avtomobili geri çağırıb

Cəmiyyət Materials 28 Dekabr 2017 20:10 (UTC +04:00)
"Nissan" şirkəti Rusiyada daha 106 mindən çox avtomobili geri çağırıb
"Nissan" daha 106 mindən çox avtomobili geri çağırıb

Bakı. Trend:

"Nissan" şirkəti Rusiyada daha 106 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2001-ci ilin fevralından 2012-ci ilin noyabrınadək satılmış "Almera", “Teana”, “Pickup”, “Tino”, “Patrol”, “Terrano II”, “X-Trail” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Qeyd edək ki, “Nissan” bir neçə gün əvvəl eyni qüsurla əlaqədar 130 minə yaxına avtomobili geri çağırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti