...

Mərkəz direktoru: Talassemiya xəstələrinin artması əsasən daşıyıcıların ailə qurması ilə bağlıdır

Cəmiyyət Materials 31 Yanvar 2018 11:07 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var.

Trend-in məlumatına görə, bunu Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.

O qeyd edib ki, son illərdə talassemiya xəstələrinin sayında artım məhz daşıyıcıların ailə qurması ilə əlaqədar olub: "Hazırda ölkədə 3105 irsi qan xəstələri, o cümlədən talassemiya xəstələri qeydiyyatdadır. Son dövrlərdə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində talassemiya daşıyıcısı olan körpələrin doğulması halları azalıb".

V.Hüseynov görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin yaşının artdığını bildirib: "Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunurlar. Yeni doğulanları da nəzərə alaraq, Mərkəzdə hazırda 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var".

Mərkəzin direktoru əlavə edib ki, 2013-cü ildən indiyədək Mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı həyata keçirilib: "Onların əksəriyyəti, təxminən 43-45 nəfəri irsi qan və talassemiya xəstəsi olub. Cari ilin sonunadək 10 talassemiya xəstəsinə bu əməliyyatın olunması planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti