...

Binəqədidə "Müstəqil Azərbaycanın Dövlət Gənclər Siyasəti" Məlumat saatı keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2018 12:39 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində “Müstəqil Azərbaycanın Dövlət Gənclər Siyasəti” mövzusunda “Məlumat saatı” keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris İşləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov, BRİH başçısı Aparatının əməkdaşları, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyələrin ictimai və humanitar sektor rəhbərləri, YAP Binəqədi Rayon Təşkilatının gəncləri, rayonun fəal gəncləri iştirak etdilər.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq Eldar Aslanova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür etdi. Daha sonra Eldar Aslanov mövzu ilə bağlı məruzə etdi.

Məruzəçi bildirdi ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanaraq həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı. #Bineqedirayonu #melumatsaati

Məqalədə:
Xəbər lenti

Xəbər lenti