...

Sabah Bakının bu hissəsində su olmayacaq

Cəmiyyət Materials 21 Fevral 2018 17:08 (UTC +04:00)
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətləri köçürülür.
Sabah Bakının bu hissəsində su olmayacaq

Bakı. Trend:

Sabah gün ərzində Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.

Qurum bildirir ki, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətləri köçürülür.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti