...

İdman gimnastikası üzrə Dünya Kubokunda halqalarda finalçılar məlum olub

Cəmiyyət Materials 15 Mart 2018 19:09 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda halqalarda hərəkətlərdə finalçılar məlum olub
İdman gimnastikası üzrə Dünya Kubokunda halqalarda finalçılar məlum olub

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda halqalarda hərəkətlərdə finalçılar məlum olub.

Trend-in məlumatına görə, finala Elefterios Petrunias və Konstantinos Konstantinidis (Yunanıstan), Fuya Maeno və Kadzuma Kaya (Yaponiya), İbrahim Çolak (Türkiyə), Sinyu Lan (Çin), Kazimir Şmidt (Niderland) və İlya Yakovlev (Belarus) vəsiqə qazanıb.

Azərbaycanlı gimnastlar bu növdə iştirak etməyib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilib.

Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Dariy Morozov və Teymur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edəcəklər.

Martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti