...

Qobustanda palçıq vulkanı püskürdü - GÜCLÜ olub

Cəmiyyət Materials 30 Mart 2018 11:03 (UTC +04:00)
Qobustan rayonunda "Ayrantökən" palçıq vulkanı püskürüb.
Qobustanda palçıq vulkanı püskürdü - GÜCLÜ olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Qobustan rayonunda "Ayrantökən" palçıq vulkanı püskürüb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, püskürmə gecə saatlarında baş verib.

A.Əliyev əlavə edib ki, Qobustanda müşahidə edilən aktivləşmənin nəticəsi kimi bu vulkanın püskürməsi gözlənilirdi.

O, püskürmənin güclü olduğunu da söyləyib: "İnstitutun əməkdaşları tədqiqatların aparılması üçün hadisə yerinə ezam olunublar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti