...

Çin kulinariyası ilə bağlı master-klass keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2018 17:48 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçirilib.
Çin kulinariyası ilə bağlı master-klass keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin yeməklərinin Azərbaycanda da sevildiyini və son zamanlar daha da məşhurlaşdığını qeyd edib. Professor bildirib ki, Milli Kulinariya Mərkəzi ilə bağlanılan müqavilə əsasında Azərbaycanda təşkil olunan beynəlxalq müsabiqələrdə Konfutsi İnstitutu dəfələrlə layiqli yerlər qazanıb.

Konfutsi İnstitutu əməkdaşları master-klass iştirakçılarına Çin kulinariya sənətinin ənənələrindən danışaraq, Çin mətbəxinin tarixi, regional üslubu və tanınmış yeməkləri haqqında məlumat verib. O cümlədən Çin tərəvəz yeməklərinin hazırlanması prosessi ilə yanaşı, Çin souslarından istifadə etmə yolları, “Gong bao ji” – “döyülmüş xiyar” hazırlanması qaydaları nümayiş etdirilib.

Sonda Çin kulinariyası mövzusunda film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti