...

DİM-də növbəti SAT imtahanı keçiriləcək

Cəmiyyət Materials 4 May 2018 09:22 (UTC +04:00)
Mayın 5-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək
DİM-də növbəti SAT imtahanı keçiriləcək

Bakı. Trend:

Mayın 5-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.

İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Qeyd edək ki, SAT (Scholastic Aptitude / Assessment Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyənlər üçündür. Hazırda isə azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli universitetlərinə də qəbul ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti