...

59 yaşlı iştirakçı: "Bakı Marafonu" sağlam həyat tərzinin təbliğinə böyük töhfə verir

Cəmiyyət Materials 13 May 2018 13:27 (UTC +04:00)
"Bakı Marafonu" Azərbaycanda sağlam həyat tərzinin təbliğinə böyük töhfə verir.
59 yaşlı iştirakçı: "Bakı Marafonu" sağlam həyat tərzinin təbliğinə böyük töhfə verir

Bakı. İlkin Şəfiyev - Trend:

"Bakı Marafonu" Azərbaycanda sağlam həyat tərzinin təbliğinə böyük töhfə verir.

Bunu Trend-ə "Bakı Marafonu 2018"-in iştirakçısı Vidadi Qurbanov deyib.

59 yaşlı V.Qurbanov ilk dəfədir marafona qoşulur:

"Mən mütəmadi olaraq idmanla məşğul olmağa, fiziki hərəkətlər etməyə çalışıram. "Bakı Marafonu" bunun üçün növbəti imkan oldu. Bu, həmçinin gənclərlə bir növ bəhsə girmək baxımından yaxşı tədbirdir".

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilib. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunub.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunur.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti