...

YENİLİK! Azərbaycanda nümunəvi çimərliklər yaradılacaq

Cəmiyyət Materials 1 İyun 2018 12:03 (UTC +04:00)
Artıq nümunəvi çimərliklərin yaradılması ilə bağlı işlər başlayıb. Bununla bağlı hüquqi sənədlər qəbul olunma ərəfəsindədir.
YENİLİK! Azərbaycanda nümunəvi çimərliklər yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Artıq nümunəvi çimərliklərin yaradılması ilə bağlı işlər başlayıb. Bununla bağlı hüquqi sənədlər qəbul olunma ərəfəsindədir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

O qeyd edib ki, Səbail rayonun "Şıx" çimərliyində və Qaradağ rayonun Sahil qəsəbəsində dəniz suyundan nümunələr götürülüb.

"Həmin ərazilərdə dəniz suyunun normadan dəfələrlə artıq çirklənməsi müşahidə edilib, bağırsaq çöpləri aşkarlanıb. Digər ərazilərdə də araşdırmalar davam edir və iyunun 15-i çimərlik mövsümünün açılışına qədər işlər bitəcək, nəticələr açıqlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti