...

Polşa Azərbaycandan keçməklə Çinə yeni dəmir yolu marşrutunu sınaqdan keçirir

Cəmiyyət Materials 26 İyun 2018 13:46 (UTC +04:00)
Polşanın "PKP LHS" şirkəti Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə Çinə yeni marşrutun sınaq hərəkətlərinə başlayıb.
Polşa Azərbaycandan keçməklə Çinə yeni dəmir yolu marşrutunu sınaqdan keçirir

Bakı. Trend:

Polşanın "PKP LHS" şirkəti Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə Çinə yeni marşrutun sınaq hərəkətlərinə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Polşanın Nəqliyyat Strategiyaları Mərkəzi bildirib.

Slavkuvedən "PKP LHS" şirkətinə məxsus sınaq konteyneri artıq Çinə yola salınıb.

Şirkətin rəhbəri Zbiqnev Traçixleb bildirib: "Biz dəniz yolundan daha qısa və hava nəqliyyatından daha ucuz marşrutu işə salırıq. Bu marşrut uzun dəniz nəqliyyatından qaçmaq istəyən ekspeditor və operatorların tələbatına cavab verir".

Qeyd edək ki, sınaq konteynerinin yola salınması Avstriyanın "Far East Land Bridge" şirkətinin köməyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti