...

Azərbaycanda zəlzələ baş verib

Cəmiyyət Materials 30 İyun 2018 07:30 (UTC +04:00)
Zəlzələ yerli vaxtla saat 04:54-də Mingəçevirdən 24 km cənubda, Yevlax rayonu ərazisində qeydə alınıb.
Azərbaycanda zəlzələ baş verib

Bakı. Trend:

Zəlzələnin maqnitudası 3,3 bal, zəlzələnin mərkəzi 31 kilometr dərinlikdə olub.

Trend-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə əsasən, zəlzələ yerli vaxtla saat 04:54-də Mingəçevirdən 24 km cənubda, Yevlax rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanlar güclü hiss olunmayıb.

Dağıntılar və xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti