...

Nazir: Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Qəbələ Beynəlxalq Musiqi Festivalı ən nüfuzlu beynəlxalq festivallarının siyahısına daxil olub

Cəmiyyət Materials 1 Avqust 2018 04:18 (UTC +04:00)
Qəbələ Beynəlxalq Musiqi Festivalı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində ən nüfuzlu beynəlxalq festivalların siyahısına daxil olub.
Nazir: Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində  Qəbələ Beynəlxalq Musiqi Festivalı ən nüfuzlu beynəlxalq festivallarının siyahısına daxil olub

Qəbələ. Vüqar İmanov - Trend:

Qəbələ Beynəlxalq Musiqi Festivalı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində ən nüfuzlu beynəlxalq festivalların siyahısına daxil olub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib: "Qəbələyə festivala ən yaxşı dünya şöhrətli musiqiçilər, kollektivlər və vokalçılar gəlir. Bu yüksək nəticədir, çünki bu gün Qəbələyə mədəni istirahət üçün çoxlu sayda turistlər gəlir".

Nazir bildirib ki, Qəbələ festivalı ölkənin mədəni həyatında çox mühüm hadisədir: "İldən-ilə festival daha da maraqla qarşılanır, ölkənin musiqi həyatın və klassik incəsənətin təbliğində vacib yer tutur. Birinci festival təşkil olunduqda, heç kəs fikirləşə bilməzdi ki, Qəbələ festivalı klassik incəsənətin dünya proqramında layiqli yer tutacaq və böyük beynəlxalq auditoriyanı əhatə edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti