...

Çaylarda çirklənmə vəziyyətini öyrənmək üçün keçirilən növbəti monitorinqin NƏTİCƏLƏRİ

Cəmiyyət Materials 19 Avqust 2018 09:14 (UTC +04:00)
Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq həyata keçirilib.
Çaylarda çirklənmə vəziyyətini öyrənmək üçün keçirilən növbəti monitorinqin NƏTİCƏLƏRİ

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq həyata keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, avqust ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 39,6 kubmetr/san azalaraq 75,4 kubmetr/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2 məntəqəsində biogen maddələrin miqdarının normadan artıq olması müşahidə olunub.

Avqust ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.70-7.67 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti