...

"Biz sadəcə güzgüyük” layihəsinin Bakıda keçirilən mərhələsi başa çatıb (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2018 18:47 (UTC +04:00)
“İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində “Biz sadəcə güzgüyük” layihəsi həyata keçirilib.
"Biz sadəcə güzgüyük” layihəsinin Bakıda keçirilən mərhələsi başa çatıb (FOTO)

Bakı. Trend:

"Education HUB"ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində “Biz sadəcə güzgüyük” layihəsi həyata keçirilib.

Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, NAYORA-nın və Sabunçu Gənclər Evinin təşkilatı dəstəyi ilə keçirilən təlimin ilk günü stereotiplər, zərərli vərdişlər, seçim azadlığı kimi məsələlərə toxunulub. Təlimin növbəti günü 8 və 9-cu siniflərdə oxuyan 24 nəfər şagirdin təqdimatında qeyd olunan mövzularla bağlı Forum Teatr keçirilib.Layihənin ikinci mərhələsinin 13-14 oktyabr tarixlərində Neftçala rayonunda həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, "Education HUB"ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir.

Layihənin təşkilatçıları Bakı Dövlət Universiteti və Dövlət İdarəçilik Akademiyasının tələbələrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti