...

Bakıda axşam saatlarında güclü şimal-qərb küləyi əsəcək

Cəmiyyət Materials 26 Oktyabr 2018 15:33 (UTC +04:00)
Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda axşam saatlarında güclü şimal-qərb küləyi əsəcək

Bakı. Trend:

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşam saatlarında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-sı axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 18-23, dağlarda 6-9 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti