Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda bir milyondan artıq vətəndaşımız bələdiyyələrdən məhrum olub.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komitənin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, erməni silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Qanunvericiliyə əsasən, ərazi olmayan yerdə bələdiyyə yaradıla bilməz. Bu baxımdan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız bələdiyyələrdən məhrum olublar".