...

İlahiyyat İnstitutunda imtahan sessiyası başladı (FOTO)

Cəmiyyət Materials 4 İyun 2019 13:51 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yaz semestrinin yay imtahan sessiyasına start verilib.
İlahiyyat İnstitutunda imtahan sessiyası başladı (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yaz semestrinin yay imtahan sessiyasına start verilib. İyunun 28-dək davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq yazılı, zəruri hallarda isə şifahi formada keçirilir.

Aİİ-dən Trend-ə verilən məlumata görə, bu gündən start verilən yeni sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi prioritet seçilib. İmtahanlar keçirilərkən təhlükəsizlik tədbirlərinin görülməsi, cavabların müəyyənləşdirilmiş meyarlar əsasında qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Qeyd edək ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə Operativ Qərargah yaradılıb. Qərargaha daxil olan müraciətlərin, hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb, lazımi tədbir görülməsi nəzərdə tutulub.

İnstitutun foyesində müraciət və təkliflər qutuları asılıb. Tələbələrə yarana biləcək problemlərin aradan qaldırılması üçün yaxından köməklik göstərilməli, sorğu qutularına imtahanla bağlı rəyləri yazıb daxil etmələri üçün şərait yaradılıb.

Sessiya dövründə Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub.

Ali təhsil müəssisəsinin kitabxanasında tələbələrin imtahanlara hazırlığı üçün lazımi şərait yaradılıb. Onlar fasiləsiz internetlə təchiz olunmuş kompyuterlərdən istifadə edə bilərlər.

Məlumat üçün bildiririk ki, İnstitutun 2018/2019-cu tədris ili yaz semestri imtahan sessiyası yazılı və şifahi olaraq, imtahanlar arasında müddət isə iki gün intervalı ilə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti