“Müasir dilçiliyin aktual problemləri” beynəlxalq elmi konfrans keçirilib (FOTO)

“Müasir dilçiliyin aktual problemləri” beynəlxalq elmi konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan dilçilik elminin korifeyi akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Müasir dilçiliyin aktual problemləri” beynəlxalq elmi konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda iştirak etmək üçün Türkiyə, Rusiya, Serbiya, Gürcüstan, Finlandiya, Şimali Makedoniya, Qazaxıstan, Litva və başqa ölkələrdən dilçi-alimlər Azərbaycana səfər etmişlər.

Beynəlxalq elmi konfransın xarici ölkələrdən olan iştirakçıları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra konfrans iştirakçıları Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər qoyublar.

Beynəlxalq elmi konfransın plenar iclasına başlamamazdan əvvəl 30 il rəhbəri olduğu “Azərbaycan dilçiliyi” kafedrasının önündə xarici və milli dilçi-alimlərin iştirakı ilə Afad Qurbanovun barelyefinin təntənəli açılış mərasimi keçirildi. Barelyef litvalı heykəltaraşlar tərəfindən hazırlandığı üçün həmin mərasimdə Litva Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfəri Valdas Lastauskas iştirak etmişdir.

Beynəlxalq elmi konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Təhsil nazirin müavini Məhəbbət Vəliyeva və Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas açaraq görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi Afad Qurbanovun yüksək təhsil və elm təşkilatçılığı barədə danışıblar. Qeyd olunub ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 70-80-ci illərdə intibah dövrü Afad Qurbanovun adı ilə bağlıdır.

Daha sonra alimin həyat və yaradıcılığı barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov və Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar elmlər bölməsinin akademik-katibi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxış etmişlər.

Tədbir zamanı Afad Qurbanovun zəngin elm və təhsil fəaliyyətini, ictimai-siyasi fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olundu.

Sonra xarici ölkələrdən olan fəxri qonaqlar – Türk Dil Qurumunun sabiq sədri, Həcətəppə Universitetinin Sözlükçülük Mərkəzinin sədri professor Şükrü Halük Akalın, 1995-1998-ci illərdə Başqırdıstanın milli təhsil naziri professor Firdaus Xisamitdinova, Tbilisi Dövlət Universiteti Türk dili və ədəbiyyatı kafedrasının müdiri professor Marika Jikia, Serbiya Elmlər və İncəsənət Akademiyasının Serb Dili İnstitutunun İdarə heyətinin üzvü professor Marija Dindic və başqaları yer alıb və onlar Afad Qurbanovun dilçilik elminə verdiyi töhfələrdən danışıblar.

Tədbir zamanı Afad Qurbanovun fəaliyyətini əks etdirən yeddi dildə olan internet səhifəsinin nümayişi keçirildi. Bununla yanaşı, Afad Qurbanovun Ümumi dilçilik və Onomalogiyanın əsasları adlı çoxcildli monoqrafiyalarının ingilis, rus, türk, fransız dillərində nəşrlərinin təqdimatı aparıldı.

Qeyd edək ki, konfrans ümumilikdə dörd bölmədə – “Ümumi dilçilik”, “Türkoloji dilçilik”, “Onomalogiya” və “Praktik dilçilik/Azərbaycan ədəbi dili” (Müasir Azərbaycan Əlifbası) işini davam etdirib. Konfransın bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim edilib. Afad Qurbanovun geniş fəaliyyətinə həsr olunmuş xüsusi stendlər və zəngin məhsuldarlığını əks etdirən kitabların fotokollaji ilə tanış olmaqları üçün qonaqlara şərait yaradılmışdır.

Xatırladaq ki, Afad Qurbanov 1929-cu il yanvarın 10-da Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində ziyalı ailəsində anadan olmuşdur. O, pedaqoji fəaliyyətə 16 yaşında kənd orta məktəbində direktor və Azərbaycan dili müəllimi kimi başlamışdır. Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının, digər beynəlxalq akademiyaların üzvlüyünə və SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini vəzifəsinə qədər şərəfli bir yol keçən A.Qurbanov dilçiliyin bir sıra sahələrinin əsasını qoymuş, Azərbaycan dilçiliyi, onomalogiya, ümumi dilçilik, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlilinə dair elmi məktəb yaratmışdır.

Afad Qurbanov tanınmış təhsil təşkilatçısı kimi 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini kimi ilk dəfə ali məktəblərdə tədris olunan dilçilik fənlərini qruplaşdırmış və onların tədrisində bir sistem yaratmağa nail olmuşdur.

İyirminci yüzilliyin 70-80-ci illərdə rektor və Azərbaycan SSR Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini işlədiyi müddətdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin intibah dövrü, onun tamamilə yenidənqurulması, yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması, çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedaqogika üzrə o zaman yeganə olan respublika müdafiə şuralarının işinin keyfiyyətinin artırılması A.Qurbanovun adı ilə bağlıdır.

1990-cı ildən Azərbaycan Parlamentinin deputatı, Azərbaycan Əlifba Komissiyasının sədri, Müasir Azərbaycan Əlifbasının müəllifi A.Qurbanovun ölkədə əlifba islahatının aparılmasında misilsiz xidmətləri olmuşdur.

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, 1979-2009-cu illərdə ADPU-nun Azərbaycan Dilçiliyi kafedrasına rəhbərlik etmiş professor Afad Qurbanovun çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitləri dünya və milli dilçilik xəzinəsinin ən kamil, dəyərli incilərindəndir. Görkəmli alimin müxtəlif ideyalarla zəngin elmi irsi Azərbaycan dilçilərinin yaradıcılığının inkişafına güclü təsir göstərməkdədir.

"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Rusiyalı həkim: Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi heyranlıq doğurur (VİDEO)
Rusiyada daha 6 611 nəfər koronavirusa yoluxdu
UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir
Gürcüstanda olan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir
Koronavirusa yoluxan jurnalist Aynur Nəsirova sağalıb
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Kürdə batan şəxslərdən birinin meyiti tapılıb, digəri axtarılır
Ermənistanda koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib
Tvinninq layihəsinin yekun konfransı keçirilib
Kənar yollarla rayona sərnişin aparan sürücü və müştəriləri həbs olunub (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız, biz sadə vətəndaşlar da daim sizinləyik
Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb
Deputat: Əhali sayı təxminən Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə yoluxma 60-70 mini ötür
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Xəzər rayonunda karantin rejimi ilə əlaqədar monitorinqlər davam etdirir (FOTO)
Xüsusi icazəsi olanların şəxsiyyət vəsiqələri ilə sərnişin daşıyan sürücü tutuldu
Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçilib
Ağsuda mal-qara oğurlayan qəssab saxlanılıb (FOTO)
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir
Ermənistan sutka ərzində atəşkəsi 49 dəfə pozdu
Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq
Sumqayıtda yataqxanada yanğın olub
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb
Yaponiya və ABŞ Ayda araşdırmalar sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalayıblar
Milyarderlər sıralamasında İlon Mask Baffetti ötdü
ABŞ-da son sutkada koronavirusa yoluxanların sayı 63 min nəfəri ötüb
ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alavesi" məğlub etdi
Kaliforniyada 10 minə yaxın məhkum azad ediləcək
"Real"ın futbolçusu Marselo zədə alıb
Cəlil Xəlilov: Minsk qrupu ya öz fəaliyyətində dönüş yaratmalı, ya da acizliyini etiraf etməlidir
Firəngiz Əliyeva: Bizim həkimlərimizin koronavirusla apardığı mübarizəni nə sözlə, nə yazmaqla ifadə etmək mümkün deyil (VİDEO)
Moskvada koronavirusdan ölənlərin sayı 4 116 nəfərə yüksəlib
Yaponiyada keçirilmiş sınaqlar "Favipiravir"in koronavirusun müalicəsində səmərəli olmadığını müəyyən edib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 228 mindən çox artıb
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 1 493 nəfər sağalıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Çin 23 xarici müəssisədən ət məhsulları idxalını dayandırıb
Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Bu yollarda xətlənmə işləri aparılacaq
"Facebook" digər proqramların işinə çətinlik törədən qüsuru aradan qaldırmağa çalışır
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub (FOTO)
Ədliyyə Nazirliyi: İşçilər və məhkumlardan 13 minədək test götürülüb, 18 nəfərdə virus aşkarlanıb
Pambıq sahəsində dronla zərərvericilərə qarşı kimyəvi mübarizə aparılıb (FOTO)
Komitə: Auditin nəticələri əsasında tədbirlər keçirilir
Türkiyədə bir tondan çox narkotik müsadirə olunub
Bank VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz
Aya Sofya muzey deyil, məscid olacaq
BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy
Aİ-nin yeddillik büdcə planı fikir ayrılıqlarına görə azaldılacaq
Bu həftəsonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb
Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi
DTX XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun həbsi ilə bağlı məlumat yaydı
YAP İcra Katibiyində “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib (FOTO)
Koronavirusla mübarizə aparan tibb işçiləri maksimum xüsusi geyimlə təmin olunur - Aparat rəhbəri
ABŞ səfirliyi 2020-2022-ci İllər üçün jurnalistika üzrə magistr proqramını elan edir
Hikmət Hacıyev: Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək
Bakı üzrə iyul ayının pensiyaları ödənildi
Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur
Metronun bağlanmasının səbəbi açıqlandı
Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev
Sərt karantin rayonlarının bəziləri siyahıdan çıxarıla bilər - RƏSMİ AÇIQLAMA
TƏBİB çimərliklərlə bağlı açıqlama verib
Karantin müddətində xəstələrin bölgələrdən Bakıya xəstəxanalara gəlməsinə icazə verilir - TƏBİB
Bakıda koronavirusdan evdə müalicə olunanların sayı açıqlanıb
Hazırda biz yoluxma sayında eyniləşmə, sabitlik əldə etmişik - Yaqut Qarayeva
Ağstafanın keçmiş icra başçısı və müavinin həbs müddəti uzadıldı
Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu (VİDEO)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB
Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək - Şöbə müdiri
ABŞ-da növbəti dəfə rekord sayda yoluxma qeydə alındı
TƏBİB-ə müxtəlif idarə və təşkilatlardan əməkdaşlarının test edilməsi üçün tez-tez müraciətlər olur - Şöbə müddiri
TƏBİB: Virusa yoluxan şəxsin 21 gündən sonra yenidən test verməsi vacib deyil
Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub
Məhkəmə Faiq Bağırov barəsində ilkin qərar verib (ƏLAVƏ OLUNUB )
XİN-in Konsulluq İdarəsinin daha bir əməkdaşı həbs edildi
Hikmət Hacıyev: İctimai nəqliyyatdan istifadə edirəm
Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir - Nadir Zeynalov
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası işə başlayır
Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfərlərdən çəkinmək tövsiyə edilir - Hikmət Hacıyev
İş yerlərinin sayı azaldıldıqdan sonra metro bağlandı - Yaqut Qarayeva
Hikmət Hacıyev: Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur
Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit
İyulun 13-də dolların manata qarşı məzənnəsi
Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub - TƏBİB
Daha 60 gün karantin rejiminin tətbiq olunacağı barədə xəbərlər şayiədir - Hikmət Hacıyev
“İki sahil”in nəşrə başlamasından 29 il ötür
Yoluxma və sağalma sayı eyniləşir - Şöbə müdiri
Yaqut Qarayeva: Yaya görə karantinlə bağlı şikayətlər daxil olur
Azərbaycanda bu gün 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 8 nəfər ölüb
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
ABŞ xüsusi təyinatlılarında ilk dəfə qadın xidmət edəcək
Səhiyyə Nazirliyi: Bütün COVİD məntəqələri və bu məntəqələrin yerləşdiyi poliklinikaların hamısı qoruyucu vasitələrlə təmin edilib
Bütün xəbərlər