...

Kür çayının Neftçaladan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənib

Cəmiyyət Materials 17 Oktyabr 2019 09:42 (UTC +04:00)
Kür çayının Neftçala rayonundan keçən hissəsi balıqların ovlanması üçün qurulan sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənib.
Kür çayının Neftçaladan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənib

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

14-15 oktyabr tarixlərində Kür çayının Neftçala rayonundan keçən hissəsi balıqların ovlanması üçün qurulan sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənib. Aksiyalarımız digər su hövzələrində də davam etdirilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli deyib.

K.Kərimli bildirib: “Qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, sivil ov qaydalarına ziddir. Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar. İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti