...

“Veysəloğlu” Şirkətlər Qrupunda dünya çempionu ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2019 17:48 (UTC +04:00)
Dünya Çempionatında azərbaycanlı Aydın Süleymanlı birinciliyi əldə edib.
“Veysəloğlu” Şirkətlər Qrupunda dünya çempionu ilə görüş olub (FOTO)

Bakı. Trend:

12 oktyabr Hindistanın Mumbai şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında keçirilən Dünya Çempionatında azərbaycanlı Aydın Süleymanlı birinciliyi əldə edib.

“Veysəloğlu” Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, o, Veysəloğlu MMC-nin əməkdaşı Elşən Süleymanlının oğludur.

15 oktyabrda “Veysəloğlu” Şirkətlər Qrupunun ofisində çempion və onun atası ilə görüş təşkil edilib. Görüşdə şirkətin Müşahidə Şurasının Sədri Aydın Talıbov və digər əməkdaşlar iştirak ediblər.

Aydın Talıbov Azərbaycana çempionluğu bəxş edən azyaşlı Aydın Süleymanlını təbrik edərək, ona xoş arzularını bildirib, uğurlar arzulayıb. Azərbaycan himnini yüksək arenalarda səsləndirdiyi üçün ona təşəkkürünü bildirib.

Görüş zamanı vurğulanıb ki, yüksək intellekt tələb edən şahmat idman növündə Azərbaycanın adının ön pillələrdə çəkilməsi hər birimiz üçün böyük fəxrdir. Aydın Süleymanlının bu uğuru bütün Azərbaycanın uğurudur.

Müşahidə Şurasının sədri daha sonra Aydın Süleymanlıya təşəkkürnamə təqdim edib və gələcəkdə ona yeni zirvələri fəth etməyi arzulayıb.

Xatırladaq ki, ölkəmiz sözügedən Dünya Çempionatinda 9 şahmatçı ilə (5 qız, 4 oğlan) təmsil olunub. 14 yaşadək oğlanların kateqoriyasında təmsilçimiz Aydın Süleymanlı keçirdiyi 11 oyunda 9 xal toplayaraq, Dünya Çempionu adına yiyələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti