Azərbaycanda fövqəladə hallarla bağlı beynəlxalq təlim keçirilir (FOTO)

Azərbaycanda fövqəladə hallarla bağlı beynəlxalq təlim keçirilir (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlimə start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hallara aidiyyəti dövlət qurumları tərəfindən çevik reaksiya verilməsi, axtarış-xilasetmə əməliyyatlarının vaxtında və səmərəli həyata keçirilməsi, kömək üçün gələn beynəlxalq dəstələrin fəaliyyətinin əlaqələndirilməsi sahəsində təlim iştirakçılarının peşəkar fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasından ibarətdir. Təlimdə Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları, BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupuna (İNSARAG) üzv olan müxtəlif ölkələrin komandaları, həmçinin NATO, Ümumdünya Səhiyyə Təşkilatı, ATƏT, “BP-Azərbaycan”, “MapAction” şirkətinin nümayəndələri iştirak edirlər.

Təlimi müşahidə etmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Belarus Respublikasının Fövqəladə Hallar naziri Vladimir Vaşenko, Turkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Cataklı, Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Muller, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Fövqəladə Hallar Nazirliyinin Akademiyasına gəliblər.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov qonaqları səmimiyyətlə salamlayaraq bildirib ki, ölkə əhalisinin təhlükəsizliyinə hər zaman xüsusi həssaslıqla yanaşan cənab Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkədə mülki müdafiə, əhali və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Məhz ölkə başçısının diqqət və qayğısı sayəsində FHN-in ötən dövr ərzində maddi-texniki bazası ən müasir texnika və avadanlıqlarla möhkəmləndirilib, peşəkar kadr potensialının formalaşdırılması istiqamətində əməli işlər görülüb. Bu baxımdan, bu günlərdə ərazisində təlimin keçirildiyi FHN Akademiyasının fəaliyyətini xüsusi qeyd edən nazir onun beynəlxalq əməkdaşlığa, fövqəladə halların idarə edilməsi üzrə yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması sahəsində zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə təcrübə mübadiləsinə böyük əhəmiyyət verildiyini qeyd edib. Nazir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir sıra xarici ölkələrdə baş vermiş irimiqyaslı fövqəladə hallara çevik reaksiyası barədə də danışıb. O, həmçinin, vurğulayıb ki, fövqəladə hallarla bir ölkənin mübarizəsinin istənilən effekt verməməsi və fəlakətlərin sərhəd bilməməsi səbəbindən fövqəladə hallarla ölkələrin birgə mübarizəsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, beynəlxalq əməkdaşlığa və təcrübə mübadiləsinə xüsusi diqqət yetirən, xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin uyğun strukturları ilə geniş əməkdaşlıq edən, ölkə daxilində və xarici ölkələrdə baş verən fəlakətlərə çevik reaksiya verməyə hər an hazır olan Azərbaycan Fövqəladə Hallar Nazirliyi fəlakətlərlə birgə mübarizə sahəsində irəli sürülən istənilən proqressiv təşəbbüsə qoşulmağa hər zaman hazırdır.

Sonra çıxış edən Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Muller, Belarus Respublikasının Fövqəladə Hallar naziri Vladimir Vaşenko, Turkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Cataklı və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai tədbirin əhəmiyyətini qeyd edərək müasir dünyamızda baş verən fövqəladə hallarla mübarizə sahəsində birgə əməkdaşlığın vacibliyindən danışıblar. Qeyd olunub ki, bu kimi təlimlər fəlakətlər zamanı aidiyyəti qurumların qarşılıqlı əlaqəli fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsi baxımından faydalıdır. Odur ki, gələcəkdə də belə əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsi bütün tərəflər üçün səmərəlidir.

Daha sonra çıxış edən təlimə ümumi rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev təlimin məqsəd və gedişatı barədə geniş məlumat verib. Bildirib ki, şərti ssenariyə uyğun olaraq, 3 noyabr 2019-cu il tarixində saat 05:30 radələrində episentri Xəzər dənizində olmaqla, Bakı şəhərindən 45 km şimal-şərqdə şərti olaraq, Rixter şkalası üzrə 8 bal gücündə zəlzələ baş verib. Daxil olmuş məlumatlara əsasən zəlzələ nəticəsində Bakı şəhərinin ərazisində yerləşən tikililərdə müxtəlif dərəcəli dağıntılar qeydə alınıb. Yol və körpülərin, elektrik, su və qaz təchizatı sistemlərinin sıradan çıxdığı bildirilir. Potensial təhlükəli obyektlərdə yanğın və texnogen qəzalar baş verib. Azərbaycan Respublikasının Fövqəladə hallar üzrə Dövlət Komissiyasının qərarına uyğun olaraq Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə, Səhiyyə, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, “Azərenerji” və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qüvvələri tərəfindən qarşılıqlı fəaliyyətdə axtarış-xilasetmə, yanğınsöndürmə, zərərçəkmişlərin ilkin həyat təminatı və ictimai asayişin qorunması üzrə tədbirlər həyata keçirilir, BMT-dən yardım istənilməsi üçün ölkə başçısına təklif hazırlanır.

Qeyd edək ki, təlim noyabrın 8-dək davam edəcək.

Onu da bildirək ki, qonaqlar üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əraziyə gətirilmiş bir sıra texnika və avadanlıqları da nümayiş olunub.

Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində TDMMB ilə əməkdaşlıq imkanlarını müzakirə edilib
Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində TDMMB ilə əməkdaşlıq imkanlarını müzakirə edilib
Diaqnostik qiymətləndirilmədən keçmiş peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
Diaqnostik qiymətləndirilmədən keçmiş peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10 faizdən çoxunu əhatə edəcək
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10 faizdən çoxunu əhatə edəcək
Loading Bars
Xəbər lenti
BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb
"Georgian Airways" aviaşirkəti 150 milyon dollara satışa çıxarılıb
Türkiyə Gürcüstanın "3+3" formatında danışıqlarda iştirakını dəstəkləyir
Avropada "omikron"a görə karantin sərtləşdirilir, Azərbaycanda vəziyyətin sabit qalması üçün nə etməliyik?
Əfqanıstanda zəlzələ nəticəsində 26 nəfər ölüb
Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib
Ceyhun Bayramov Monteneqro parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Tuxel 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilib
Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub (FOTO)
Mendi 2021-ci ilin ən yaxşı qapıçısı seçilib
Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib
Ombudsman Şamaxıda sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb (FOTO)
Qəbələdə avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
Ermənistanda Azərbaycan tərəfindən qaytarılan 6 hərbçi həbs edilib
Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində TDMMB ilə əməkdaşlıq imkanlarını müzakirə edilib
Diaqnostik qiymətləndirilmədən keçmiş peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
Azərbaycan əhalisi vəsaitlərini əsasən hansı məhsullara xərcləyir?
Azad edilmiş ərazilərin bərpası dövlət siyasətinin başlıca istiqamətlərindən biridir - TƏHLİL
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10 faizdən çoxunu əhatə edəcək
Azərbaycan məhsullarını əsasən bu ölkələrə ixrac edib
"Washington Post" qəzetində portuqaliyalı səyahətçinin Xınalıq kəndinə səfəri barədə material dərc olunub (FOTO)
AQTA bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib
Öldürmüşəm, yaxşı eləmişəm... - Gəlinini amansızlıqla öldürən qayınata (VİDEO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçiriləcək
Şamaxıda baxımsız qalan uşaqların anası reabilitasiya prosesinə cəlb olunub
20 Yanvar 1990-cı il müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixidir (FOTO)
ADPU-nun yubiley nəşrləri haqqında vikipediyada məqalələr yaradılıb
Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 359 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib
Bu il Dövlət Məşğulluq Agentliyi beynəlxalq sertifikatlara uyğun mütəxəssis hazırlığı həyata keçirəcək
Bu müəllimlərin maaşı artırıldı
Üç azyaşlı İran vətəndaşı dövlət sərhədini pozaraq Azərbaycan tərəfə keçib
Polşada bıçaqlı şəxs sakinlərə hücum edib, yaralılar var
“Human Rights Watch”un Azərbaycana qarşı qərəzli mövqeyi davam edir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu “Axens” şirkəti ilə müqavilələr imzalayıb (FOTO)
Yanvarın 18-nə USD/AZN rəsmi məzənnəsi
ADNSU HORIZON 2020 proqramı çərçivəsində beynəlxalq layihədə tərəfdaş kimi iştirak edəcək
DİM hazırlıq kurslarında iştirak etmək istəyənlərə müraciət edib
Əfqanıstanda güclü zəlzələ olub
Dünya iqtisadiyyatında yaşanan inflyasiyanın səbəb və həll yolları - TƏHLİL
Bakının bu rayonunda yaşayış binaları sökülür (FOTO)
Talış kəndinə su xəttinin çəkilişi yekunlaşıb, Suqovuşanda isə işlər başa çatmaq üzrədir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb
Bakıda bir avtobus ağaca çırpılıb, ikisi isə toqquşub
Havanın temperaturu koronavirusun yayılmasına necə təsir edir? - AÇIQLAMA
Şərqşünaslıq İnstitutunun əməkdaşı V Tokio Zirvəsində çıxış edib (FOTO)
“Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklik təsdiqləndi
Bu il dünyada işsizlərin sayı 200 milyonu ötəcək - BMT
Uşaqların hüquqlarının qorunması cəmiyyət qarşısında duran əsas vəzifələrdən biridir
Tərtərdə yanğın baş verib (FOTO)
Azərbaycanda ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb
Müddətli əmək müqaviləsi üzrə sığorta stajı azaldılıb
Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək
Əbu-Dabidə yanğın və partlayışlar baş verib, ölənlər var
Bakının bu hissəsində yerüstü piyada keçidinin inşası təxirə salınıb? - AÇIQLAMA (FOTO)
İranda daha 20 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
AHİK 20 Yanvar şəhidlərinin ailələrinə maliyyə dəstəyi göstərib
Həssas qruplar üçün kiçik bizneslər yaradılır (FOTO)
İranın mədəniyyət naziri koronavirusa yoluxub
Bölük komandirləri ilə təlim toplanışları keçirilib (FOTO/VİDEO)
Karantini pozan SPA mərkəzinin sahibi və müştəriləri cərimələnib
Səudiyyə Ərəbistanı ilk dəfə Qış Olimpiya Oyunlarına qatılır
DİN Aqil Abbasın oğlunun töhmət alması xəbərini təkzib etdi
Gəncə sakinindən silah-sursat götürülüb (FOTOVİDEO)
Tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb
Tailandda omikron ştammından ilk ölüm faktları qeydə alınıb
Sabah güclü külək əsəcək
Xətai rayonunda 10-dan çox narkotik alverçisi saxlanılıb (FOTO)
Evlərdən elektrik naqillərini oğurlayan şəxs saxlanılıb (FOTO/VİDEO)
Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq
Bakı Fond Birjasının ticarət dövriyyəsi ilk dəfə 15 milyard manatı keçib
XİN-ə qəbul imtahanında iştirak edəcək namizədlər üçün buraxılış vərəqəsinin verilməsinə başlanılıb
Qurban Qurbanovun oğlu "Beşiktaş"a keçə bilər
İran Mərkəzi Bankı kriptovalyutadan sınaq istifadəyə başlayır
DYP qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb
Rusiyada koronavirusa gündəlik yoluxma 30 mini keçib
Bank VTB (Azərbaycan) açıq tender elan edib
Karantin qaydasını pozan çayxana sahibi həbs edilib
Azərbaycanda yeni enerji növlərinin istehsalı üzrə ciddi işlər aparılır - Kamaləddin Qafarov
Bakıda “Netflix”in böyük büdcəli filminin çəkilişləri olub
İndoneziyanın yeni paytaxtının adı açıqlanıb
"Azəriqaz"ın smart kartlarına pul yüklənməsi problemi aradan qaldırılıb - RƏSMİ
IGB-nin tikintisi ləngisə, Azərbaycanla təcili danışıqlar lazım olacaq - "Bulgargaz"
Bu gün maqnit qasırğası gözlənilir
Xırdalanda artilleriya mərmisi və digər sursatlar aşkarlanıb (FOTO/VİDEO)
Dizel mühərrikli avtomobillərin qiyməti 50 faiz bahalaşa bilər
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işçilərin maaşı artırılıb
Həlak olan hərbçimiz dəfn olunub (FOTO/VİDEO)
Adəmin şantajının sonu
Slavyan Universitetinin keçmiş şöbə müdirinin məhkəməsi keçirilib
Şəmkirdə ərzaq mağazasında istifadə müddəti bitmiş məhsullar aşkar edilib
Azərbaycandakı ceyranların sayı açıqlanıb (FOTO)
Ali təhsil haqqında qanun layihəsi üzərində işlər başa çatıb
Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
Könül Nurullayeva 3 nömrəli Respublika xüsusi internat məktəbini ziyarət edib
Evdə təhsillə bağlı monitorinqlər aparılacaq
Azər Türk Bank kredit kampaniyasının müddətini uzadıb
Bütün xəbərlər