...

Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü

Cəmiyyət Materials 11 Noyabr 2019 10:52 (UTC +04:00)
Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü

Bakı. Samir Əli - Trend:

Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, noyabrın 10-da saat 16:30 radələrində Şəki rayonu Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti