...

Bu il Azərbaycanda 12 mindən çox zəlzələ qeydə alınıb

Cəmiyyət Materials 18 Dekabr 2019 15:24 (UTC +04:00)
2019-cu il ərzində RSXM-də aparılmış kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar və əldə edilmiş nəticələr açıqlanıb.
Bu il Azərbaycanda 12 mindən çox zəlzələ qeydə alınıb

Bakı. Samir Əli - Trend:

2019-cu il ərzində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) aparılmış kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar və əldə edilmiş nəticələr açıqlanıb.

Trend-in məlumatına görə, 2019-cu il ərzində hesabat təqdim edilən vaxta qədər RSXM-nin seysmik stansiyaları tərəfindən 12 914 zəlzələ qeydə alınıb.

Məlumatda bildirilir ki, litosferdə gedən geodinamik proseslər nəticəsində hiss olunmayan və xırda zəlzələlərin daim baş verir. Qeydə alınmış zəlzələlərin 5298-nin yerli, 6748-nin isə regional zəlzələlərdir. Ümumiyyətlə, Azərbaycan ərazisində baş verən zəlzələlərdən 79-nun maqnitudası 3-dən yuxarı olan zəlzələlərdir.

Respublika ərazisində il ərzində 25 hiss olunan zəlzələ baş verib. Ən güclü zəlzələ isə 5 fevral 2019-cu il tarixində Şamaxı-İsmayıllı-Ağsu ərazisində qeydə alınıb. Həmin zəlzələnin maqnitudası 5.2 olub. Bununla yanaşı, il ərzində RSXM-nin seysmik stansiyaları tərəfindən 3 palçıq vulkanı püskürməsi qeydə alınıb ki, həmin püskürmənin ikisi (Quşçu vulkanı) Şamaxı-İsmayıllı-Ağsu zəlzələsindən sonra 5 fevral 2019-cu il tarixində, biri isə 13 fevral 2019-cu il tarixində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti