Bakı. Trend:
Saat 12:30 radələrində Binəqədi rayonu, Binəqədi şosesində avtomobillə qaz xəttini vuraraq zədələyiblər. Fərdi yaşayış evlərindən birinin sayğacı da sıradan çıxıb. Nəticədə 300 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Trend-in məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.