...

Gəncənin tarixi adının bərpasından 30 il keçir (VİDEO)

Cəmiyyət Materials 30 Dekabr 2019 17:40 (UTC +04:00)

Bakı. Trend:

Yeni ilin gəlişi və Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində gəncəlilər özlərinin daha bir bayramını qeyd edir. 1989-cu il dekabr ayının 30-u dəfələrlə adı dəyişdirilən Nizami yurdunun adı özünə qaytarılıb. Zaman-zaman Abbasabad, Yelizavetpol, Kirovabad kimi adlandırılan şəhərin sovetlər birliyi dönəmində, daha dəqiq desək 60, 62 və 87-ci illərdə yenidən Gəncə adlandırılması üçün bir neçə dəfə cəhd göstərilsədə bu istiqamətdə konkret addımlar Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə atılıb.

Gəncə TV internet televiziyası Gəncənin tarixi adının bərpası ilə bağlı hazırladığı videomaterialda AMEA Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bir neçə dəfə adı dəyişdirilən Gəncənin adının bərpası ilə bağlı ətraflı məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti