...

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Cəmiyyət Materials 14 Yanvar 2020 18:22 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 5-nə təyin edilmiş iclasında baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti