...

Barattson MMC beynəlxalq əməkdaşlığını daha da genişləndirir (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2020 15:00 (UTC +04:00)
Hər dil sizi yeni istiqamətlərə götürəcək əsas vasitələrdən biridir.
Barattson MMC beynəlxalq əməkdaşlığını daha da genişləndirir (FOTO)

Bakı. Trend:

Hər dil sizi yeni istiqamətlərə götürəcək əsas vasitələrdən
biridir. Yeni bir dil fərqli mədəniyyətlərin öyrənilməsi, təhsil və iş imkanları baxımından arzularını reallaşdırmaq istəyən hər kəsə lazım olan bir açardır. İnsanların xarici dil öyrənməsində, təhsil və digər imkanların yaradılmasında mühüm rolu olan Barattson, EF(Education First) ilə birgə eksklüziv əməkdaşlıq çərçivəsində sizə bu imkanları
təqdim edir. Bildiyiniz kimi, EF xaricdə təhsil, dil öyrənmə kimi xidmətlər göstərir o cümlədən insanların kariyeralarını inkişaf etdirməyə təkan verir. Yarım əsrdən artıq fəaliyyət göstərən EF-in missiyası ayrı seçkilik olmadan bütün yaşlarda,milliyyətindən, dinindən və irqindən asılı olmayan insanlara inam və azadlıq vermək olmuşdur. Həyatdakı yolunuzu və cəsarətinizi müəyyənləşdirmək məqsədi ilə EF sizə imkanlar aləminin qapılarını açır. Xəyallarınızı beynəlxalq fürsətlərə çevirən tədris və proqramlar təqdim edə bilmək məqsədi ilə dil tədrisini mədəni mübadilə, akademik müvəffəqiyyət və təhsil səyahəti ilə birləşdirir.

EF təhsilinizi inkşaf etdirmək üçün karyeranızı, o cümlədən gələcəyinizi qurmaq istədiyiniz ölkələrdə, yerli dillərin öyrənilməsini asanlaşdırır. Getdiyiniz ölkənin rəsmi dilini həmin ölkədə öyrənmə imkanı yaradan EF arzu və tələblərə uyğun olaraq sizə şəffaf və təhlükəsiz mühitə zəmanət verir. Artıq Birləşmiş Ərəb Əmirliklərində təsis olunan filialımız sizə Ərəb dilini bu dilin vətənində öyrənmək imkanı yaradır. Qısa olaraq aşağıda qeyd edildiyi kimi, EF sizə:

11 dil üzrə həmin dil mühitində (ölkələrində) öyrənmə imkanları yaradır (İngilis, Alman, İspan, Fransız, Ərəb, Rus, Çin, Yapon, İtalyan,Koreya, Portuqal);
Xarici Universitetlərə hazırlıq proqramları: EF Beynalxalq məktəblərin partnyor universitetlərə qəbul olmaq zamanəti ilə sizə uzaq məsafələri yaxın edir;
EF Sürətlənmiş Proqramı hələ orta məktəbi bitirməmiş şagirdlərə ABŞ-da(Accelerated College Degree Program) orta məktəb diplomu və iki il kollec təhsilindən sonra universitetdə 3-cü kursdan başlamaq imkanı verir.

Siz də dünyanı təhsil ilə kəşf etmək üçün gələcəyinizi 55 ildən çox təcrübəyə malik, 114 ölkədə fəaliyyət göstərən, xaricdə dil öyrənəcəyiniz, təhsil alacağınız, tətil proqramlarınızı daha faydalı keçirməklə bağlı xəyallarınızı EF ilə reallaşdırın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti