Meksika mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub

Meksika mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub

Bakı. Trend:

Meksikanın ən çox oxunan ingilisdilli “Pulse News Mexico” qəzetində Azərbaycanda keçirilmiş parlament seçkilərində müşahidəçi qismində iştirak etmiş jurnalist Tereza Marqolisin “Azərbaycanın yeni parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışacaq” adlı məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, məqalədə jurnalist Tural Gəncəliyevin daha 12 yaşında olarkən Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz ailəsi ilə birlikdə yaşadıqları evdən didərgin düşdüklərini oxuyucuların diqqətinə çatdırır. Həmçinin bildirir ki, Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı nəticəsində öz əzəli yurdlarından qəddarcasına qovulan səkkiz yüz mindən çox azərbaycanlı (onlardan yarısı uşaq olmaqla) arasında məhz T.Gəncəliyevin ailəsi də olub.

Jurnalist qeyd edir ki, T.Gəncəliyev və ailəsinin sahib olduqları hər şeyi itirdiklərinə və müvəqqəti qaçqın düşərgəsində yaşadıqlarına baxmayaraq onlar amansız erməni işğalının şanslı qurbanlarından idilər. Çünki onlar sağ qalmışdılar. “İşğalçı ermənilər tərəfindən vəhşicəsinə öldürülən, təcavüzə uğrayan və şikəst qoyulan 1400-ə yaxın silahsız əhali üçün isə bunları demək mümkün deyil” deyə jurnalist vuğulayır.

Məqalədə habelə Azərbaycan əhalisinə qarşı törədilmiş bu etnik təmizləmə aktının beynəlxalq ictimaiyyət tərəfindən tanındığı, BMT TŞ tərəfindən erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çixarılmasını tələb edəb dörd qətnamənin qəbul edildiyi, lakin bugünə qədər Ermənistan tərəfindən bu qətnamələrə məhəl qoyulmadığı, Azərbaycan torpaqlarını işğal etməyə davam etdikləri vurğulanır və bütün bunlara baxmayaraq Azərbaycanın münaqişənin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğu qeyd olunur.

Məqalədə illər boyu Azərbaycanın Ermənistanla danışıqlar vasitəsilə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışdığı deyilir.

Həmçinin qeyd olunur ki, 9 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərində Azərbaycan xalqı Ermənistan işğalına birdəfəlik son qoyacaqlarına söz vermiş namizədlərə səs veriblər. Yeni seçilmiş parlament üzvlərindən birinin də 30 il öncə ailəsi ilə birlikdə gecə yarısı işğalçı ermənilərdən dəhşət içində qaçmış və qeyri-müəyyən gələcəyi olan o gənc oğlan - Tural Gəncəliyev olduğu bildirilir. Seçkilərdə 56.7% səs çoxluğu ilə qalib gəlmiş, Qarabağın Azərbaycan icmasının rəhbəri Tural Gəncəliyevin əsas mandatının işğal olunmuş Azərbaycan torpaqlarının erməni işğalçılarından azad olunması olacağı vurğulanır.

T.Gəncəliyevin “Pulse News Mexico” qəzetinə verdiyi müsahibəyə istinad edilərək qeyd edilir: “Qarabağ regionun əhalisi, qaçqınlar öz yurdlarına qayıtmağı gözləməkdən yorulublar. Bir çoxlarının səbri tükənib, bir çoxları isə öz ana vətənlərini görəcəyinə ümidlərini itirib”.

T.Gəncəliyev həmçinin müsahibəsində Azərbaycanın ilk növbədə münaqişəni sülh və danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduğunu qeyd edərək bildirib: “Ermənistanla danışıqlara açığıq və Qarabağda yaşayan etnik ermənilərə bildirmək istəyirik ki, onları oradan çıxarmaq niyyətimiz yoxdur. İşğaldan öncə yüzillər boyu olduğu kimi, yenə də onlarla sülh içində yaşamaq istəyirik. Lakin təzyiq yaranarsa erməniləri Azərbaycan torpaqlarından zorla çıxarmalı olacağıq. Torpaqlarımızı geri qaytarmaq üçün nə etməliyiksə onu da edəcəyik. Bunun üçün bir az daha zamana ehtiyacımız var, lakin bu məsələ həll olunmalıdır”.

Məqalədə həmçinin Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyevin sözlərinə istinad edilərək, münaqişənin həllində Azərbaycanın beynəlxalq dəstəyə ehtiyacı olduğu, Rusiya, ABŞ və Avropa müdaxilə etmədikcə, məsələnin öz həllini tapmayacağı deyilir.

Müəllifin fikrinə görə, iqtisadi cəhətdən Rusiyadan asılı olan Ermənistan Azərbaycanla yaxınlaşarsa, bu Yerevanın enerji resurslara çıxış və daha böyük iqtisadi (və böyük ehtimalla həm də siyasi) müstəqillik əldə etməsinə səbəb ola bilər.

Həmçinin məqalədə Dağlıq Qarabağda separatçıların müstəqillik tələbinin qondarma dövlət yaratmaqla Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının rəsmiləşdirilməsi cəhdi kimi qiymətləndirildiyi qeyd olunur.

Münaqişənin özəyində dərin yara və qarşılıqlı inamsızlığın dayandığını qeyd edən jurnalist, Ermənistan və Azərbaycan xalqları ən azından bir-birini bağışlamağı öyrənmədikcə münaqişənin tez bir zamanda həllinə çox az ümidinin olduğunu söyləyir.

Məqalənin sonunda T.Gəncəliyevin erməni işğalının qurbanlarının münaqişənin həllini və öz torpaqlarına qayıtmaq istədiklərini, Azərbaycan xalqının səbrli və sülhsevər olmasına baxmayaraq, sonsuza qədər gözləməyə taqətlərinin qalmadığını söylədiyi qeyd olunur.

Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan tükdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb
Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə təşkil olunan onlayn turnirdə gümüş medal qazandı
Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar (FOTO)
Dünyada ötən sutka koronavirusa 718 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azad olunan ərazilərə elektrik verilməsi üçün ərazilər minalardan təmizlənir - Agentlik rəsmisi
İƏT Milli Xəbər Agentlikləri Birliyinin saytında Prezident İlham Əliyevin İƏT-in Baş katibini təltif etməsi barədə material yerləşdirilib
Böyük Britaniyada yeni potensial təhlükəli koronavirus növü aşkar edildi
Amerikalı məşhur reper vəfat edib
Goranboyda ad günü keçirilməsinin qarşısı alınıb
Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Azərbaycanda münbit investisiya muhiti mövcuddur- MUSİAD
“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi (FOTO)
Azərbaycanda ödəniş kartları ilə dövriyyə dəfələrlə artıb
Ceyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb (FOTO)
Azərbaycanda koronavirusa ən az yoluxma bu tarixdə qeydə alınıb
Türkiyədə yerli vaksin sınaqlarının ikinci mərhələsi başa çatıb
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Boris Consona başsağlığı verib
Dünya Bankı Azərbaycanda istehalk bazarının artımını proqnozlaşdırır
Ərdoğan və Putin Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasını müzakirə ediblər
Sabirabadda bacı-qardaş Kür çayında batıb
Zidan mövsüm sonunda "Real"ı tərk edə bilər
BMT Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır - Volkan Bozkır
Mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir - Deputat
Hindistan Səfirliyi Hindistan ədviyyatını təbliğ etmək məqsədilə İnteraktiv Vebinar təşkil etdi (FOTO)
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib
Ukraynada marixuana leqallaşdırıldı
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Venesuela ilə sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)
Milli Məclisin Sədri BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb (FOTO)
ADA Universitetinin "Baku Dialogues" jurnalı Kolumbiya Universiteti Nəşriyyatının verilənlər bazasında yer alıb
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başa çatıb (FOTO/VİDEO)
Dünyada koronavirus vaksinlərinin 87 faizi yüksək gəlirli ölkələrin payına düşür - ÜST
“Əsas Məsələ”də İƏT Təmas Qrupu üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfəri müzakirə olunub (VİDEO)
Dövlət komitəsi 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması xəbərinə aydınlıq gətirdi
SOCAR-da Vizualizasiya Mərkəzinin açılışı olub (FOTO)
Ermənilər işğaldan azad olunan ərazilərdə tələ minalar qurublar - Agentlik
Dənizdə külək enerjisindən istifadənin inkişafı planları müzakirə edilib
Zəngilanda "Ağıllı kənd"in 42 hektarı minalardan təmizlənib
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Dövlət Turizm Agentliyinin kollektivi vaksinasiya olunub (FOTO)
Hərbi qulluqçular arasında 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib (FOTO/VİDEO)
Bütün xəbərlər