Bakı. Trend:
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən ölkə vətəndaşları və Azərbaycandakı Türkiyə vətəndaşlarının ölkəsinə dönməsi üçün martın 15-də iki çarter reysi ayrılacaq:
TK 332 IST-GYD - 08:55 (Yerli vaxtla) Azərbaycan vətəndaşları
TK 334 IST-GYD - 16:00 (Yerli vaxtla) Azərbaycan vətəndaşları
TK 333 GYD-IST - 13:45 (Yerli vaxtla) Türkiyə vətəndaşları
TK 335 GYD-IST - 20:50 (Yerli vaxtla) Türkiyə vətəndaşları
ХХХ
01:28
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcəkdir.
Bu barədə Trend-ə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.