...

Təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat ayrılacaq

Cəmiyyət Materials 13 Aprel 2020 21:50 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılacaq.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O qeyd edib ki, bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur. Onların əksəriyyəti ali təhsil müəssisələrində oxuyurlar.

E.Məmmədov qeyd edib ki, ötən il ali təhsil sistemində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılmasının nəticəsi olaraq hazırda ölkədə hər iki tələbədən birinin təhsil haqqı xərclərini dövlət ödəyir.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu gün verdiyi qərara uyğun olaraq, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

-ünvanlı dövlət sosial yardımı alanlar;

-hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya
qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

-I və II dərəcə əlilliyi olan şəxslər;
-işsiz kimi qeydiyyatda olanlar;
-yaşa görə əmək pensiyaçıları;
-yaşa görə sosial müavinət alanlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti