...

Təhsil Nazirliyi vətəndaş qəbulunu müvəqqəti dayandırdı

Cəmiyyət Materials 22 Aprel 2020 11:19 (UTC +04:00)
Təhsil Nazirliyi vətəndaş qəbulunu müvəqqəti dayandırdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il mayın 4-dək fəaliyyətini dayandırıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti