...

Cari ilin ilk üç ayı ərzində 140-a yaxın bina qazla təmin olunub

Cəmiyyət Materials 24 Aprel 2020 10:21 (UTC +04:00)
Cari ilin ilk üç ayı ərzində 140-a yaxın bina qazla təmin olunub

Bakı. Trend:

2020-ci ilin 3 ayı ərzində 140-a yaxın bina təbii qazla təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə,Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.

Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə Birlik tədbirlərini davam etdirir. Belə ki, mart ayı ərzində 29 yaşayış binası üzrə 1265 mənzil, 2020-ci ilin 3 ayı ərzində isə 139 yaşayış binası üzrə 6362 mənzil təbii qazla təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti