...

Tələbələrin biliyinin qiymətləndirməsi barədə ali məktəblər təkliflər hazırlayır - Ceyhun Bayramov

Cəmiyyət Materials 27 Aprel 2020 17:39 (UTC +04:00)
Tələbələrin biliyinin qiymətləndirməsi barədə ali məktəblər təkliflər hazırlayır - Ceyhun Bayramov

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu ilin yaz semestrində tələbələrin biliyinin qiymətləndirməsi barədə ali məktəblər tərəfindən təkliflər hazırlanır.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı hər hansı çeviklik tələb olunacaqsa və bu, Təhsil Nazirliyinin səlahiyyətində olacaqsa, bu addımı nazirlik həyata keçirəcək: “Əks halda, sözügedən məsələ ilə Nazirlər Kabineti məşğul olacaq. Bununla bağlı ölkənin Baş Naziri ilə müzakirələr aparmışıq. Ehtiyac olarsa, çevik modellərdən istifadə ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti