...

“Şamaxı yolu” istiqamətində hərəkət məhdudlaşdırılıb

Cəmiyyət Materials 28 Aprel 2020 16:52 (UTC +04:00)

Bakı. Trend:

Moskva prospekti “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 28-29 aprel tarixlərində 20 Yanvar dairəsindən “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti - 3-cü mikrorayon dairəsi - Tbilisi prospekti və ya Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - Müzəffər Həsənov küçəsi - Alatava istiqamətlərindən istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti