Bakı. Trend:
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, BPİ-nin əməkdaşlarının xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən, o cümlədən tibbi maskalardan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb.
Bundan başqa, reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozması aşkarlanıb.
Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb.