...

Ramin Bayramlı: Dövlətin ayırdığı vəsait hər bir həkimə çatacaq

Cəmiyyət Materials 15 May 2020 18:12 (UTC +04:00)
Ramin Bayramlı: Dövlətin ayırdığı vəsait hər bir həkimə çatacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlətin ayırdığı vəsait hər bir həkimə çatacaq, bundan heç kim narahat olmamalıdır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Koronavirus xəstələrinin müalicəsinə cəlb edilən həkimlərə əlavə ödənişlərin verilməsində gecikmələrin olması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirilib.

Ramin Bayramlı bildirib ki, həkimlərə mart ayının maaşı verilib, aprel ayının maaşı da verilir.

"Burada bəzi subyektiv hallar da mövcuddur. Ölkədə fəaliyyət göstərən xəstəxanalardan həkimlər koronavirus xəstələrinin müalicəsinə cəlb edilib və onların maaşlarının hesablanması ilə bağlı işlər aparılır, eyni zamanda həkimlərin iş saatlarına görə maaşlarının hesablanması həyata keçirilir. Bu işlər tamamlandıqca maaşların ödənilməsi həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti