...

Azərbaycanda bəzi şəxslərə əlillik statusu müddətsiz veriləcək

Cəmiyyət Materials 18 May 2020 11:16 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda bəzi şəxslərə əlillik statusu müddətsiz veriləcək.

Trend-in məlumatına görə, bununla əlaqədar "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna dəyişikliklər edilir.

Bu dəyişikliyə əsasən, irsi qan xəstəliyi olan şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanununa uyğun olaraq müəyyən edilir.

İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti