...

Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxdu, 127 nəfər sağaldı, 7 nəfər öldü

Cəmiyyət Materials 17 İyun 2020 20:42 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib, aktiv xəstə sayı 4 783 nəfərdir.

Bu gün 5 700 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 397 min 399 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti